"NBC Bank" 10 ayı mənfəətlə başa vurub

"NBC Bank" 10 ayı mənfəətlə başa vurub Bankın qeyri-faiz zərəri isə 7,5 mln. manatı üstələyib
Maliyyə
16 Noyabr , 2015 10:30
NBC Bank 10 ayı mənfəətlə başa vurub

Bakı. 16 noyabr. REPORT.AZ/ "NBC Bank" ASC cari ilin yanvar-oktyabr ayları ərzində 476 min manat həcmində mənfəət əldə edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə Bankın gəlirləri 16,95 mln. manat, xərcləri 16,331 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində gəlirlərin 88,3%-i və ya 14,97 mln. manatı faiz, 11,7%-i və ya 1,98 mln. manatı qeyri-faiz gəlirlərinin payına düşüb. Xərclərin isə 41,9%-i və ya 6,839 mln. manatı faiz, 58,1%-i və ya 9,492 mln. manatı qeyri-faiz əməliyyatları ilə bağlı olub. Beləliklə, bu ilin ilk 10 ayında "NBC Bank"ın faiz mənfəəti 8,131 mln. manat, qeyri-faiz zərəri isə 7,512 mln. manat təşkil edib.

Qeyd edək ki, Bank ötən ili 1,46 mln. manat həcmində mənfəətlə başa vurub.

Son xəbərlər

Orphus sistemi