Yuxarı
    Bağlamaq

    Nazirlik: Azərbaycan iqtisadiyyatına investisiyalar gələn il 19% azalacaq

    Ümumi kapital qoyuluşunda dövlət investisiyalarının payı 30%-dən az olacaq

    Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,3 mlrd. manat proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 18,6% azdır.

    "Report" bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən xəbər verir.

    Gələn il yatırılacaq investisiyaların 39,6%-i daxili, 60,4%-i isə xarici maliyyələşmə mənbələrinin payına düşür.

    Ümumi investisiyaların 5,6 mlrd. manatının qeyri-neft sektoruna, 9,7 mlrd. manatının isə neft sektoruna yönəldilməsi nəzərdə tutulur.

    Gələn il qeyri-dövlət investisiyalarının 10,8 mlrd. manat olmaqla, ümumi investisiyaların 70,5%-ni, dövlət investisiyalarının isə 4,3 mlrd. manat olmaqla, ümumi investisiyaların 29,5%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

    Qeyd edək ki, 2016-ci ildə əsas kapitala yönəldiləcək investisiyların həcmi 18,8 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 57,8%-nin daxili, 42,2%-nin xarici investisiyaların payına düşəcəyi gözlənilir.

    Bu il ümumi investisiyaların 10,8 mlrd. manatının qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulur. Bu il qeyri-dövlət investisiyaları 11,0 mlrd. manat olmaqla, ümumi investisiyaların 58,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır. Dövlətin ümumi investisiyaların strukturunda payının isə 41,5% və ya 7,9 mlrd. manat olacağı gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi