Nazir: "​Rusiyada 1998-ci il böhranı təkrarlana bilər"

Nazir: "​Rusiyada 1998-ci il böhranı təkrarlana bilər" Dövlətin faiz borcları büdcənin digər xərclərini azaldacaq
Maliyyə
20 İyun , 2016 12:37
Nazir: ​Rusiyada 1998-ci il böhranı təkrarlana bilər

Bakı. 20 iyun. REPORT.AZ/ Rusiyada daxili borclanma həcminin 1 trln. rubla (15,5 mlrd. ABŞ dolları) çatması səbəbindən 1998-ci ildə üzləşdiyi maliyyə böhranını təkrarlaya bilər. "Report" xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib. 

Nazir qeyd edib ki, 2017-ci ildə ölkənin xalis daxili borcu 1 trln. rubla yüksəlməsi əksər bankları 10-15 illik dövlət istiqrazlarının alışından çəkindirə bilər. Banklar cari kapital vəziyyəti və riskləri nəzərə alaraq qısamüddətli istiqrazlara üstünlük verəcək. 

A.Siluanovun sözlərinə görə, belə bir vəziyyətdə hökumət dövlət qiymətli kağızlarının piramidasının yaranması riski ilə üzləşə bilər ki, bu da artıq 1998-ci ildə ağır maliyyə böhranına səbəb olub. 

Nazir qeyd edib ki, dövlət borclanması bahalı prosesdir - hazırda istiqrazların yerləşdirilməsi dövlətə təxminən 9%-ə başa gəlir: "100 rubl borc alsaq, gələn ilki büdcədə 9 rubl əlavə vəsait nəzərdə tutmalıyıq. Gəlirlərin azaldığı və daxili borclanmanın artırdığı bir vaxtda isə digər xərcləri azaldıb faiz ödənişinə yönəltməyə məcbur olacağıq". 

Xatırladaq ki, yanvar ayında maliyyə naziri büdcənin yeni iqtisadi şəraitə uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi