Nazir müavini: "Payızda vergi sistemində böyük dəyişikliklər olacaq"

Nazir müavini: "Payızda vergi sistemində böyük dəyişikliklər olacaq" Qeyri-neft sektorundan vergi daxilolmaları 9% artıb
Maliyyə
26 İyul , 2016 15:49
Nazir müavini: Payızda vergi sistemində böyük dəyişikliklər olacaq

Bakı. 26 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında Azərbaycanın neft sektorundan vergi daxilolmaları 33,6% azalıb. "Report" xəbər verir ki, bunu jurnalistlərlə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. 

Onun sözlərinə görə, qeyri-neft sektorunda vergi daxilolmaları artıb: "Neft sektorundan fərqli olaraq, qeyri-neft sektorundan daxilolmalar 9,4% artıb".

Bununla yanaşı, bildirilib ki, bu ilin ilk yarısında neft sektorundan büdcə daxilolmaları 21,8%, qeyri-neft sektoru isə 78,2% olub.

Nazir müavini vergi sistemində yeni dəyişiklər olacağının da mesajını verib: "Payızda vergi sistemində böyük dəyişikliklər olacaq və yanvarın 1-dən qüvvəyə minəcək".

Son xəbərlər

Orphus sistemi