Yuxarı

Nazir müavini: Daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir

Nazir müavini: Daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir

61

© Report — Vergilər nazirinin müavini Sahib Ələkbərov

Bakı. 14 mart. REPORT.AZ/ "Artıq 3 aydır Vergilər Nazirliyi yoxlamaları müvəqqəti dayandırıb, hazırda daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir." 

“Report”un verdiyi xəbərə görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

"Vergilər Nazirliyinin məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin artırılmasıdır. Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq, amma, bu, o demək deyil ki, vergi nəzarəti olmayacaq”, - nazir müavini bildirib.

Vergi ödəyicilərinin karqo ilə bağlı üzləşdirkləri problemlərə də aydınlıq gətirən S.Ələkbərov idxalla məşğul olan bəzi karqo şirkətlərinin fəaliyyətində pozuntuların olduğunu istisna etməyib. O deyib ki, vergi və gömrük sənədlərinin düzgün tərtib etməyən karqo şirkətləri tərəfindən gömrük orqanına təqdim olunan sənədlərdə uyğunsuzluqlar mövcuddur, bəzi hallarda saxta qaimələr təqdim edilir ki, bu da vergidən yayınmalara şərait yaradır.

“Ona görə də şəffaflığın təmin olunması məqsədi ilə bu sahədə yeni innovativ alətlərin tətbiqi üzərində iş aparılır”, - nazir müavini qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi