Yuxarı

Nazir: "Maliyyə böhranının Azərbaycana təsiri minimuma endiriləcək"

Vergilər naziri Fazil Məmmədov: Vergi daxilolmalarında yaranacaq problem də bütün hallarda minimuma endiriləcək

Bakı. 9 fevral. REPORT.AZ/ Tərəfdaş ölkələrdə baş verən maliyyə böhranı Azərbaycandan da yan ötməyəcək. "Report" xəbər verir ki, bunu bu gün jurnalistlər üçün brifinq keçən vergilər naziri Fazil Məmmədov deyib. 

Nazirin sözlərinə görə, buna baxmayaraq, dövlət başçısının apardığı iqtisadi siyasət nəticəsində bu böhranın təsiri minimuma endiriləcək: "Eyni zamanda, vergi daxilolmalarında yaranacaq problem də bütün hallarda minimuma endiriləcək. Vergilər Nazirliyinin qarşısında qoyulan vəzifələr əsasında bu işin icrası 2015-ci ildə də uğurla davam etdiriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi