Yuxarı
    Bağlamaq

    Nazir: “Əmək haqlarının “kölgə”dən çıxması bank kreditinin rolunun bərqərar olmasına müsbət təsir göstərəcək”

    Dinlə
    © Report — Vergilər naziri Mikayıl Cabbarov

    Bakı. 7 dekabr. REPORT.AZ/ “Vergi Məcəlləsinə dəyişiklik kontekstində əmək haqlarının "kölgə"dən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar olmasına müsbət təsir göstərəcək”.

    “Report” xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov İTV kanalında “Biznes Azərbaycan” verilişində çıxışı zamanı bildirib. 

    Onun sözlərinə görə, hazırda bir çox insanın real aldığı əmək haqqı ilə sənədləşmədə göstərilən əməkhaqqı arasında uyğunsuzluq mövcuddur.

    “Bu, həmin vətəndaşların istər ipoteka kimi uzunmüddətli kreditləri, istərsə də qısamüddətli kreditləri cəlb edə bilməsi üçün böyük  məhdudlaşdırıcı amildir. Bu da öz növbəsində iqtisadi artıma mənfi təsir edən amildir. Bu cəmi bir nümunədir ki, 2019-ci ilin yanvarın 1-dən nəzərdə tutulan islahat bu amilə müsbət təsir etməlidir”, - M.Cabbarov vurğulayıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi