Nazir: ABŞ SWIFT barəsində sanksiya tətbiq etməyə hazırdır

Nazir: ABŞ SWIFT barəsində sanksiya tətbiq etməyə hazırdır Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ sanksiyaları altında olan fiziki və hüquqi şəxslərə xidmət göstərəcəyi təqdirdə, SWIFT barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırdır.
Maliyyə
2 Noyabr , 2018 21:19
Nazir: ABŞ SWIFT barəsində sanksiya tətbiq etməyə hazırdır
Reuters

Bakı. 2 noyabr. REPORT.AZ/ "ABŞ sanksiyaları altında olan fiziki və hüquqi şəxslərə xidmət göstərəcəyi təqdirdə, SWIFT barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırdır".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

“Biz SWIFT-in də sanksiyalara məruz qalmaması üçün təşkilata İranın sanksiya siyahısına salınan maliyyə qurumlarını texnologiyaların imkan verdiyi qədər tez xidmətdən ayırmağı məsləhət görmüşük”, - deyə S.Mnuçin vurğulayıb.

Son xəbərlər

Orphus sistemi