Yuxarı

Naxçıvanın xarici ticarətində müsbət saldo 10% azalıb

​Naxçıvanın xarici ticarət dövriyyəsi 7,49% artıb

Bu ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 65 mln. 956 min 200 ABŞ dolları təşkil edib.

“Report”un Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 4 mln. 596 min 800 dollar və ya 7,49% çoxdur.

Bu ilin ilk üç ayında Naxçıvanda xarici ticarət dövriyyəsinin 53 mln. 423 min 900 dolları ixracın payına düşüb ki, bu da 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 106 min 600 dollar və ya 0,2% çoxdur.

Bu il ərzində muxtar respublikaya idxal edilmiş məhsulların həcmi 12 mln. 532 min 300 dollar təşkil edib ki, bu da 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4 mln. 490 min 200 dollar və ya 55,83% çoxdur.

Nəticədə bu ilin ilk rübündə xarici ticarətdə 40 mln. 891 min 600 dollar dəyərində müsbət saldo yaranıb ki, bu da ötən ilin ilk rübü ilə müqayisədə 4 mln. 383 min 600 dollar və ya 9,68% azdır.

Xatırladaq ki, 2018-ci ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 61 mln. 359 min 400 dollar olub. Bunun 53 mln. 317 min. 300 dollarını ixrac, 8 mln. 42 min 100 dollarını idxal təşkil edib və 45 mln. 275 min 200 dollar dəyərində müsbət saldo yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi