Yuxarı

Naxçıvanın Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 12,3 faiz artıb

​Naxçıvanın Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 12,3 fa

2019-cu ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 115,7 faiz icra edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz artım deməkdir.

Bu barədə “Report” Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə istinsadən xəbər verir.

Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə isə onların 30,4 faizi dövlət sektorunun, 69,6 faizi isə özəl sektorun payına düşüb.

Bu dövrdə məcburi dövlət sosial sığorta ödəmələri sahəsində vətəndaşlarla və vergiödəyiciləri ilə keçirilən maarifləndirici görüşlərin səmərəsi kimi həmin sahədə vergi daxilolmaları artıb. Belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 134,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 119,5 faiz əməl edilib.

Muxtar respublikada sahibkarların fəaliyyəti üçün yaradılmış şərait, əlverişli biznes və investisiya mühitinin nəticəsi olaraq, Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 2019-cu ilin noyabr ayında 6 hüquqi şəxs dövlət qeydiyyatına və 251 fiziki şəxs sahibkarlıq uçotuna alınıb.

Sahibkarlıq uçotuna alınan fiziki şəxslərin 72,1 faizi muxtar respublikanın rayonlarının payına düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi