Naxçıvanda nağdsız hesablaşmalar genişləndirilir

Naxçıvanda nağdsız hesablaşmalar genişləndirilir Ali Məclisin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb
Maliyyə
2 Mart , 2016 22:34
Naxçıvanda nağdsız hesablaşmalar genişləndirilir

Bakı. 2 mart. REPORT.AZ/ Naxçıvan Ali Məclisi “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ı təsdiq edib.

“Report”un xəbərinə görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb.

Elektron ödəniş xidmətlərinin tətbiqi təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə xidmət edir.\

2016-cı ilin 1 yanvar tarixinə muxtar respublika ərazisində 500 ədədi Naxçıvan şəhərində, 544 ədədi rayon və kənd mərkəzlərində olmaqla, cəmi 1044 ədəd POS-terminal mövcud olub. Bu, 2014-cü illə müqayisədə 4 dəfə çoxdur. 2016-cı ilin 1 yanvar tarixinə muxtar respublika ərazisində 55-i Naxçıvan şəhərində, 43-ü isə rayon və kənd mərkəzlərində olmaqla, ümumilikdə, 98 ədəd bankomat quraşdırılıb. Dövlət qurumları tərəfindən göstərilən xidmətlər üzrə ödənişlərin, cərimə və rüsumların elektron ödəniş formasında aparılması üçün lazımi infrastruktur yaradılıb.

Proqram elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi, əhalinin və iqtisadi subyektlərin elektron və ödəniş xidmətlərindən daha aktiv istifadəyə təşviq edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi