Yuxarı

Naxçıvanda kreditləşmə 20%-dən çox azalıb

Naxçıvanda kreditləşmə 20%-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da sahibkarlara 5 909,8 min manat kredit verilib.

“Report”un Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 532,9 min manat və yaxud 20,6% azdır.

Kreditlərin 2,53 mln. manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf edilib ki, illik müqayisədə 038,3 min manat və yaxud 54,55% azdır.

Rüb ərzində fərdi sahibkarlığın inkişafına isə 3 379,8 min sərf olunub ki, bu da 1 il əvvələ nisbətən 1 503,4 min manat və yaxud 80,1% çoxdur.

Qeyd edək ki, yanvar-mart aylarında Naxçıvanda 10 hüquqi və 1 334 fiziki şəxs dövlət qeydiyyatına alınıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 dəfə və 2,5 dəfə çoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi