Naxçıvanda ərzaq məhsullarının dövlət büdcəsi vəsaitləri hesabına satın alınması qaydası təsdiqlənib

Naxçıvanda ərzaq məhsullarının dövlət büdcəsi vəsaitləri hesabına satın alınması qaydası təsdiqlənib Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri fərman imzalayıb
Maliyyə
2 May , 2016 21:40
Naxçıvanda ərzaq məhsullarının dövlət büdcəsi vəsaitləri hesabına satın alınması qaydası təsdiqlənib

Bakı. 2 may. REPORT.AZ/ Naxçıvanda “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası” təsdiqlənib

“Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisi Sədri Vasif Talıbov fərman imzalayıb.

Bu qaydanın məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin prosedur və prinsiplərini, həmçinin bu məhsulların dəyərinin hesablanması ilə bağlı meyarları və digər prinsipləri müəyyənləşdirməkdir.

Satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Naxçıvan Nazirlər bütün iştirakçıların təklifləri qəbul edilir.

Ərzaq məhsullarının alınmasına dair təklif həmin məhsullara tələbatdan çox olduqda yerli istehsalçılara üstünlük verilir. Təklif həmin məhsullara tələbatdan az olduqda, tədarük və təchizat agenti tələbatın təklifdən artıq hissəsini digər şəxslərdən ala bilər, bu mümkün olmadıqda isə özü idxal edə bilər. Tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və satıcıları arasında hər il oktyabrın 1-dək növbəti il üçün müqavilə bağlanır. Növbəti il üçün ərzaq məhsullarına dair tələbat müəyyən olunduqdan sonra satınalan təşkilatlar üzrə həmin məhsulların dəyərinin 25 faizindən az olmamaqla satınalan təşkilatlara avans məbləğinin ayrılması barədə oktyabrın 5-dək Naxçıvan Maliyyə Nazirliyinin müəyyən etdiyi formada Naxçıvan İqtisadiyyat Nazirliyi Naxçıvan Maliyyə Nazirliyinə məlumat verir. Satınalan təşkilatlar imzalanmış müqavilənin bir nüsxəsini və avans məbləğinin ödəniş tapşırığını dövlət xəzinədarlıq orqanlarına

hər il oktyabr ayının 5-dək təqdim edirlər. Qeyd olunan sənədlər dövlət xəzinədarlıq orqanlarına elektron qaydada da təqdim

oluna bilər. Dövlət xəzinədarlıq orqanları hər il oktyabrın 10-dək avans məbləğini satınalan təşkilatların hesabına köçürürlər. Satınalan təşkilatlar növbəti ildə alınacaq ərzaq məhsulları üçün ayrılmış vəsaitləri cari ilin oktyabrın 20-dək tədarük və təchizat agentinin hesabına köçürürlər.

Son xəbərlər

Orphus sistemi