Yuxarı

Naxçıvanda bank hesablarının sayı 22% artıb

Naxçıvanda bank hesablarının sayı 22% artıb

Bu il martın 1-nə Naxçıvan Muxtar Respublikasında banklarda açılmış hesabların sayı 80 520 olub. 

"Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 294 vahid və ya 21,6% çoxdur. 

Bank hesablarının 70 712-si və yaxud 87,8%-i aktiv hesablardır. 

Təkcə bu ilin yanvar-fevral aylarında Naxçıvanda 3 099 bank hesabı açılıb ki, bu da illik müqayisədə 1 097 vahid və yaxud 54,8% çoxdur. Bunların da 3 081-i aktiv hesablardır. 

Son 1 ildə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı isə 7 ədəd və yaxud 0,55% artaraq 1 272-yə çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi