“Naxçıvanbank” ötən ili mənfəətlə başa vurub

“Naxçıvanbank” ötən ili mənfəətlə başa vurub Bakı. 25 yanvar. REPORT.AZ/ “Naxçıvanbank” ASC-nin aktivləri 2018-ci il iyulun 1-i ilə müqayisədə 2,5% artaraq 2019-cu il yanvarın 1-nə 196 541 min manata çatıb.
Maliyyə
25 Yanvar , 2019 16:32
“Naxçıvanbank” ötən ili mənfəətlə başa vurub

Bakı. 25 yanvar. REPORT.AZ/ “Naxçıvanbank” ASC-nin aktivləri 2018-ci il iyulun 1-i ilə müqayisədə 2,5% artaraq 2019-cu il yanvarın 1-nə 196 541 min manata çatıb.

“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə bankın kredit portfeli (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) 5,7% azalaraq 64 155 min manata düşüb. 2018-ci il oktyabrın 1-nə bankın cəmi öhdəlikləri illik 1,5% artaraq 118 357 min manat, o cümlədən depozit portfeli 1% artaraq 75 509 min manat olub. Hesabat dövrünün sonuna bankın nizamnamə kapitalı 67 830 min manat, cəmi kapitalı 78 184 min manat təşkil edib.

Bank 2018-ci ildə 5 429 min manat xalis mənfəət əldə edib. Ötən il bankın faiz gəlirləri 6 960 min manat, faiz xərcləri 433 min manat, qeyri-faiz gəlirləri 4 024 min manat, qeyri-faiz xərcləri 3 589 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi