“Naxçıvanbank” nizamnamə kapitalını artırıb

“Naxçıvanbank” nizamnamə kapitalını artırıb Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycanın yeganə regional bankı – “Naxçıvanbank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 134,21 mln. manat təşkil edi...
Maliyyə
21 İyul , 2017 11:27
“Naxçıvanbank” nizamnamə kapitalını artırıb

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycanın yeganə regional bankı – “Naxçıvanbank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 134,21 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 26,5% çoxdur.

“Naxçıvanbank”ın aktivlərinin 44,3%-ni və yaxud 59,449 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 7% böyüyüb.

Hesabat dövründə “Naxçıvanbank”ın vaxtı keçmiş kreditləri isə 33,6% artaraq 2,806 mln. manata çatıb. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 4% olaraq qalıb.

İl ərzində “Naxçıvanbank”ın cəmi öhdəlikləri 49,1% artaraq 63,049 mln. manata, o cümlədən depozit portfeli 43,45% artaraq 29,773 mln. manata, cəmi kapitalı isə 11,6% artaraq 71,161 mln. manata, o cümlədən nizamnamə kapitalı 14,2% artaraq 67,828 mln. manata çatıb.

Bu ilin I yarısında “Naxçıvanbank”ın faiz gəlirləri 2,584 mln. manat (ötən ilin eyni dövrünə nisbətən 11,4% az), faiz xərcləri 130 min manat (44,5% çox), qeyri-faiz gəlirləri 1,468 mln. manat (32,7% az), qeyri-faiz xərcləri isə 1,474 mln. manat (7,4% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 2,449 mln. manat olub ki, bu da illik müqayisədə 32,6% azdır.

Yanvar-iyun aylarında “Naxçıvanbank” aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına cəmi 87 min manat yönəldib və I yarımili 2,362 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 1 il əvvələ nisbətən 36,4% azdır.

Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Son xəbərlər

Orphus sistemi