"Naxçıvanbank”ın mənfəəti 30% azalıb

"Naxçıvanbank”ın mənfəəti 30% azalıb Bakı. 19 aprel. REPORT.AZ/ “Naxçıvanbank” ASC-nin aktivləri illik müqayisədə 11% artaraq 2018-ci il aprelin 1-nə 149 604 min manata çatıb.
Maliyyə
19 Aprel , 2018 11:19
Naxçıvanbank”ın mənfəəti 30% azalıb

Bakı. 19 aprel. REPORT.AZ/ “Naxçıvanbank” ASC-nin aktivləri illik müqayisədə 11% artaraq 2018-ci il aprelin 1-nə 149 604 min manata çatıb.

“Report” bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə bankın kredit portfeli( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) 15% artaraq 68 153 min manata yüksəlib.

2018-ci il aprelin 1-nə bankın cəmi öhdəlikləri illik 17% artaraq 75 807 min manat, o cümlədən depozit portfeli 11% artaraq 34 370 min manat olub. Bildirək ki, 2018-ci il aprelin 1-nə əsasən bankın Azərbaycan Mərkəzi Bankı(AMB) qarşısında öhdəliyi yaranmayıb. Bu ilin birinci rübün yekununa bankın nizamnamə kapitalı 67 830 min manat, cəmi kapitalı 73 798 min manat təşkil edib.

Bank yanvar-mart ayları ərzində 853 min manat mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% azdır.

Bu ilin birinci rübü ərzində bankın faiz gəlirləri 1 398 min manat, faiz xərcləri 97 min manat, qeyri-faiz gəlirləri 663 min manat, qeyri-faiz xərcləri 764 min manat təşkil edib. Beləliklə, bankın əməliyyat mənfəəti 1 202 min maat təşkil edib ki, bunun da 349 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. 

Son xəbərlər

Orphus sistemi