“Naxçıvanbank” aktivlərini 12% artırıb

“Naxçıvanbank” aktivlərini 12% artırıb Bakı. 31 yanvar. REPORT.AZ/ “Naxçıvanbank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 141,867 mln. manat təşkil edib.
Maliyyə
31 Yanvar , 2018 16:35
“Naxçıvanbank” aktivlərini 12% artırıb

Bakı. 31 yanvar. REPORT.AZ/ “Naxçıvanbank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 141,867 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,2% çoxdur.

“Naxçıvanbank”ın aktivlərinin 62,223 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. 2017-ci ildə Bankın kredit portfeli 2,9% böyüyüb, vaxtı keçmiş kreditləri isə 12,2% azalaraq 2,584 mln. manata düşüb.

Hesabat dövründə “Naxçıvanbank”ın cəmi öhdəlikləri 19,9% artaraq 68,99 mln. manata, o cümlədən depozit portfeli 33,1% artaraq 32,56 mln. manata çatıb. Bunun 15,372 mln. manatı fiziki şəxslərin, 17,188 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Ötən il əhalinin bankdakı əmanəti 26,3%, şirkətlərin vəsaitləri isə 39,7% artıb.

İl ərzində “Naxçıvanbank”ın cəmi kapitalı 5,8% artaraq 72,877 mln. manata, nizamnamə kapitalı isə 14,2% artaraq 67,83 mln. manata çatıb. 

2017-ci ildə “Naxçıvanbank”ın faiz gəlirləri 5,363 mln. manat (2016-cı ilə nisbətən 17,9% az), faiz xərcləri 280 min manat (42,9% çox), qeyri-faiz gəlirləri 2,998 mln. manat (57,5% az), qeyri-faiz xərcləri isə 3,014 mln. manat (1% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 5,068 mln. manat olub ki, bu da illik müqayisədə 46,7% azdır.

Ötən il “Naxçıvanbank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına əvvəlki illə müqayisədə 95,9% az – cəmi 34 min manat vəsait ayırıb, 4,1 dəfə çox – 1,027 mln. manat mənfəət vergisi ödəyib. Bununla da, Bank 2017-ci ili 4,007 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 52,4% azdır.

Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 67,83 mln. manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir. 

Son xəbərlər

Orphus sistemi