Naxçıvan Vergilər Nazirliyi işçi axtarır

Naxçıvan Vergilər Nazirliyi işçi axtarır Namizədlər üçün 31 vakant yer elan olunacaq
Maliyyə
22 Sentyabr , 2016 10:52
Naxçıvan Vergilər Nazirliyi işçi axtarır

Bakı. 22 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən vətəndaşlar üçün müsabiqə elan edib.

"Report" xəbər verir ki, müsabiqəyə sənəd qəbulu cari ilin oktyabrın 3-dən noyabrın 1-dək aparılacaq.

Müsabiqədə yalnız hərbi xidmətə tam yararlı (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla), iqtisadiyyat, idarəetmə, hüquq və beynəlxalq iqtisadi münasibətlər üzrə ixtisas sahələrindən birinə malik olan və Azərbaycanın dövlət dilini sərbəst bilən Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Müsabiqəni uğurla keçən namizədlərə 31 sayda vakant yer üzrə iş təklif ediləcək. 

Son xəbərlər

Orphus sistemi