Yuxarı
    Bağlamaq

    Navid Həsən Naqvi: "Dünya Bankının Azərbaycanda 10 aktiv layihəsi var"

    Bu layihələrin ümumi dəyəri isə 2,5 mlrd. dollar təşkil edir

    Bakı. 24 fevral. REPORT.AZ/ "Hazırda Azərbaycanda 10 fəal layihəmiz var və onların ümumi dəyəri 2,5 mlrd. ABŞ dollarıdır".

    "Report" xəbər verir ki, bunu "Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi"nin II fazasının təqdimat mərasimində çıxış edən Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi deyib.

    N.H.Naqvi qeyd edib ki, təmsil etdiyi Bank Azərbaycanda 15 texniki yardım layihəsi reallaşdırır: "Dünən də cənab Rüfət Aslanlıya deyirdim ki, Azərbaycanda reallaşdırdığımız layihələr sırasında bu, ən önəmli layihədir. Biz bank sektorunun inkişafı üçün Azərbaycan hökumətinə hər cür yardım etməyə hazırıq. Məhz maliyyə sektoruna dəstək göstərmək üçün işimizi davam etdirəcəyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi