Natiq Əmirov: "SOCAR digər dövlət qurumlarına nümunə olur"

Natiq Əmirov: "SOCAR digər dövlət qurumlarına nümunə olur" Prezidentin köməkçisi: "SOCAR-ın istiqrazları vətəndaşlara gəlirlərini etibarlı maliyyə alətlərinə yerləşdirməyə imkan verəcək"
Maliyyə
16 Sentyabr , 2016 11:43
Natiq Əmirov: SOCAR digər dövlət qurumlarına nümunə olur

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) istiqraz buraxmaqla yerli maliyyə bazarında innovativ addım atır". “Report” xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR istiqrazlarının təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

Onun sözlərinə görə, bu istiqrazlar ölkə vətəndaşlarına sahibkar olmadan gəlirlərini etibarlı maliyyə alətlərinə yerləşdirməyə imkan verəcək: “Bu cür maliyyə alətlərinin tətbiqi indiki şəraitdə xüsusi əhəmiyyətə malikdir. Bununla SOCAR özünün ictimai nəzarətə hazır olduğunu göstərir, korporativ idarəetmə sahəsində digər dövlət qurumlarına nümunə olur, onları da maliyyə bazarında aktivliyi artırmağa, bu yolla vəsait cəlb etməyə sövq edir”.

N.Əmirov qeyd edib ki, SOCAR istiqrazlarından əldə olunan gəlirlər hələ ki, 3 il müddətinə vergidən azad edilib. Lakin tədricən bu müddətin artırılması mümkündür.

Son xəbərlər

Orphus sistemi