Natiq Əmirov: "Banklarda manat likvidliyinin artırılmasının ən doğru yolu dedollarizasiyadır"

Natiq Əmirov: "Banklarda manat likvidliyinin artırılmasının ən doğru yolu dedollarizasiyadır" Prezidentin köməkçisi: "Banklar və əhalidə kifayət qədər pul var"
Maliyyə
11 Mart , 2016 12:33
Natiq Əmirov: Banklarda manat likvidliyinin artırılmasının ən doğru yolu dedollarizasiyadır

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında manat likvidliyinin çatışmaması və manat likvidliyinə dəstək məsələsi hazırda hökumətdə, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasında da düşünülür. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib.

"Amma təkliflərin əksəriyyəti emissiya şəklində bankların likvidlik potensialının artırılması istiqamətindədir. Ekspertlər və bank ictimaiyyəti tərəfindən edilən bu təkliflər mübahisəlidir. Ən dəqiq layihələrə belə emissiya şəklində manatın verilməsi manatın üzərində təzyiqi əhəmiyyətli dərəcədə artıracaq. Emissiya pullarının manatın sağlamlaşmasına kömək edə biləcəyi ilə bağlı bank ictimaiyyətində də vahid fikir yoxdur. Bu, 1-2 günlük, bəlkə də 1 həftəlik hansısa səmərə verə bilər. Lakin Mərkəzi Bankın bir neçə dəfə cəhd etdiyi, ayrılmış emissiya 3 gün içində yenidən dollarlaşaraq, manat şəklində Mərkəzi Banka qayıdıb. Hazırda Palatada beynəlxalq maliyyə institutları müxtəlif təkliflərlə çıxış edir, eyni zamanda yerli və xarici ekspertlər bunun üzərində işləyir", - deyə N.Əmirov qeyd edib.

N.Əmirov bildirib ki, banklarda manat likvidliyinin artırılmasının ən doğru yolu dedollarizasiya prosesinin həyata keçirilməsidir: "Çünki banklarda və əhalidə kifayət qədər pul var. Bankların özünün kifayət qədər vəsaitləri var, ancaq onlar xarici valyutadadır. Həmin xarici valyutanın manata çevirib, real sektorun kreditləşməsinə cəlb edilməsi üçün doğru yollar tapmaq lazımdır. Həm əhalinin əmanətləri, həm də investorları qoruyacaq şəkildə optimal həll yolları tapılmalıdır".

Son xəbərlər

Orphus sistemi