Namiq Xəlilov: "Azərbaycanın sığorta şirkətləri xərclərini optimallaşdırmalıdır"

Namiq Xəlilov: "Azərbaycanın sığorta şirkətləri xərclərini optimallaşdırmalıdır" DSNX sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı müşahidə aparır
Maliyyə
22 Aprel , 2015 15:39
Namiq Xəlilov: Azərbaycanın sığorta şirkətləri xərclərini optimallaşdırmalıdır

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanda müştərilərin sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı 2013-cü ildə təqdim etdiyi şikayətlərin 33%-i, 2014-cü ildə isə 14%-i əsaslı, qalan hissəsi əsassız və ya mübahisəli olub. "Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

"Statistika onu göstərir ki, sığorta müqavilələrinin və sığortadan nəsə almağı düşünənlərin sayı artır. Elə bir ölkə yoxdur ki, orada sığortadan şikayət olmasın. İstər Avropa, istərsə də ABŞ-da. Müşahidələr göstərir ki, şikayətlərin bəzilərinin əsasında maarifsizlik durur. Sığortaolunanla şirkət arasında münasibət hüquqi münasibətdir. "İcbari sığortalar haqqında" qanunda sığorta risklərinin arasında yağan qarın ağırlığından yaranan zərər yoxdur. Elə şikayətçi var ki, birdən 20 dövlət orqanına yazır. Bir çox hallarda şikayətlər daha tez şirkətlərin özündə baxıla bilər. Bizdə narazı qalan dərhal dövlət orqanına şikayət yazır. Halbuki birinci şirkətə müraciət edilməlidir", - N.Xəlilov qeyd edib.

DSNX başçısı sığorta ombudsmanı məsələsinə də toxunub: "Sığorta ombudsmanı o demək deyil ki, istənilən şəxs istənilən vaxt müraciət edə bilər. Birinci şirkətə müraciət edilməlidir. 60 gün ərzində cavab almırsa və ya şirkətin cavabından narazı qalarsa, onda ombudsmana müraciət edə bilər".

O, həmçinin bildirib ki, təhsildə sığorta sahəsində müəyyən boşluqlar var: "Azərbaycan Sığortaçılar Assosiasiyasında tədris mərkəzinin formalaşmasi prosesi gedir. İngiltərənin məşhur universitetinin dərsliyi Azərbaycan dilinə tərcümə olunur. Gələcəkdə tədris kursları təşkil olunacaq, müəyyən sertifikatlar veriləcək. Bu istiqamətdə işlər gedir".

N.Xəlilov sığorta agentlərinin gəlirindən 20% vergi tutulması məsələsinə də toxunub və qeyd edib ki, sığorta agentləri özlərinə yeni qazanc sahələri axtarmalıdır: "Sığorta agentləri işsiz qalmyacaq. Agentlərin fəaliyyəti yalnız icbari avtomobil siğortası ilə bağlı deyil. Bu, müəyyən qədər təsir edə bilər. Sığorta agentləri özlərinə yeni səbəblər axtarsınlar. Əgər qazancları azalarsa, başqa sahələrlə maraqlansınlar".

"Hazırda müşahidə aparırıq ki, zərərlilik nə qədərdir. Əgər artım varsa, hansı səviyyədədir. Tariflərə yenidən baxmağın lazım gəlib-gəlmədiyini müəyyən etmək üçün müşahidələr aparırıq. Bahalaşmanın təsiri o qədər deyil ki, sığortanı şirkətlər üçün səmərəsiz etsin. Bildiyiniz kimi, zərər iki hissədən ibarətdir. Zərər əmsalı - sığorta haqqınn hansı hissəsi ödənişlərə yönəldilib və xərc əmsalı - işin aparılması xərcləri. Hazırda ödənişlər üzrə əmsal kifayət qədər normaldır. Şirkətlərin işin aparılması xərclərini optimallaşdırmaq imkanı var, artıq xərclərdən imtina etməlidir. Xərclərin azaldılması rəqabət imkanını da artırır. Bu, daimi prosesdir", - Xidmət rəhbəri bildirib.

Bununla yanaşı, DSNX rəhbəri əlavə edib ki, statistika sığorta bazarında müsbət artım dinamikasının davam etdiyini göstərir.

Son xəbərlər

Orphus sistemi