​Namiq Xəlilov: "Azərbaycandakı devalvasiya sığorta şirkətlərinə təsir etməyib"

​Namiq Xəlilov: "Azərbaycandakı devalvasiya sığorta şirkətlərinə təsir etməyib" Çünki sığorta şirkətlərinin öhdəlikləri, ödənişləri, sığorta ehtiyatları manatladır
Maliyyə
6 Aprel , 2015 14:25
​Namiq Xəlilov: Azərbaycandakı devalvasiya sığorta şirkətlərinə təsir etməyib

Bakı. 6 aprel. REPORT.AZ/ Bu ilin fevral ayında Azərbaycanda aparılan milli valyutanın 34%-lik devalvasiyası sığorta xidmətlərinə təsir göstərməyib.

"Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov məlumat verib: "Çünki sığorta şirkətlərinin öhdəlikləri, ödənişləri, sığorta ehtiyatları manatladır. Ona görə də, sığorta şirkətləri üçün məzənnə riski mövcud deyil".

"Həm öhdəliklər, həm də aktivlər manatladır. Ona görə devalvasiyanın elə bir təsirini müşahidə etmirik", - deyən DSNX başçısı, həmçinin şikayətlərə də toxunub və bildirib ki, şikayətlərin məzmununda dəyişiklik olur. "Əgər əvvəllər şikayətlər daha çox ödənişlərin verilməməsi ilə bağlı olurdusa, hazırda əsasən ödənişlərin məbləği ilə bağlı olur", - deyə N.Xəlilov əlavə edib.

Son xəbərlər

Orphus sistemi