Azərbaycanda ​nağd valyuta satışı kəskin azalıb

Azərbaycanda ​nağd valyuta satışı kəskin azalıb Martda Azərbaycan əhalisi xalis 914 mln. dollar alıb
Maliyyə
12 May , 2015 16:45
Azərbaycanda ​nağd valyuta satışı kəskin azalıb

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanda cari ilin fevral ayında kəskin artım müşahidə olunan banklar tərəfindən nağd dollar alışı (əhalinin satışı) martda azalma ilə əvəzlənib.

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, yanvarla müqayisədə 92,5% artaraq fevralda 384,828 mln. dollar təşkil edən nağd dollar alışı martda 2,5 dəfə azalaraq 153,504 mln. dollar olub. 

Həmçinin nağd dollar satışı (əhalinin alışı) fevralda 2,58 dəfə artaraq 2 885,467 mln. dollara yüksəlib, martda isə yenidən azalaraq 1 066,514 mln. dollara düşüb.

Məlumata əsasən, nağd avro ilə mübadilədə də azalma qeydə alınıb. Belə ki, martda avro alışı əvvəlki ayla müqayisədə 24,05% azalaraq 32,462 mln. dollar, satışı isə 147,05 mln. dollardan 76,582 mln. dollara düşüb.

Son xəbərlər

Orphus sistemi