​"Muğanbank" pensiyaçı müştərilərini Azərbaycan Beynəlxalq Bankına yönəldir

​"Muğanbank" pensiyaçı müştərilərini Azərbaycan Beynəlxalq Bankına yönəldir Müştərilərin istəyi ilə onların xarici valyutada olan borcları manata çevrilir
Maliyyə
14 İyul , 2016 10:59
​Muğanbank pensiyaçı müştərilərini Azərbaycan Beynəlxalq Bankına yönəldir

Bakı. 14 iyul. REPORT.AZ/ "Muğanbank" ASC dollarla kredit götürmüş pensiyaçı müştərilərini Azərbaycan Beynəlxalq Bankı ASC-yə (ABB) yönəltməyə başlayıb. Bu barədə "Report"a "Muğanbank"dan məlumat verilib.

Məlumata görə, müştərilərin istəyi ilə onların xarici valyutada olan borcları manata çevrilir. Bundan sonra isə aylıq ödənişin məbləğindən, pensiyaçının yaşından asılı olaraq proqram təminatı əsasında borcluya kreditini maksimum 5 il müddətində ABB-yə ödəmək imkanı yaradılır.

"Söhbət pensiyasını ABB-nin plastik kartı ilə alan müştərilərdən gedir. Hər ay pensiyanın məbləğinin 50%-dən çox olmamaq şərtilə onların kartından avtomatik qaydada pul çıxılacaq. Məqsəd odur ki, sabah devalvasiya olsa nə pensiyaçılara, nə də ki bizə problem yaranmasın, mümkün riskləri aradan qaldıraq. Çünki pensiyaçılar həssas təbəqədir, onlar üçün əlavə məbləğ ödəmək çətindir" - deyə "Muğanbank"dan bildirilib.

Başqa sözlə, ABB və "Muğanbank" arasında əldə olunmuş razılığa əsasən, 1-ci pensiyaçıların 2-ciyə olan borcunu bağlayacaq, sonra isə müəyyən edilmiş qrafik əsasında həmin borcu yaşlı təqəbədən alacaq. 

Son xəbərlər

Orphus sistemi