“Muğanbank” ötən ili mənfəətlə başa vurub

“Muğanbank” ötən ili mənfəətlə başa vurub Bakı. 29 yanvar. REPORT.AZ/ “Muğanbank” ASC-nin aktivləri illik müqayisədə 15% artaraq 2019-ci il yanvarın 1-nə 551 651 min manata çatıb.
Maliyyə
29 Yanvar , 2019 11:05
“Muğanbank” ötən ili mənfəətlə başa vurub

Bakı. 29 yanvar. REPORT.AZ/ “Muğanbank” ASC-nin aktivləri illik müqayisədə 15% artaraq 2019-ci il yanvarın 1-nə 551 651 min manata çatıb.

“Report” bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə müştərilərə verilən kreditlərin həcmi 7% artaraq bu il yanvarın 1-nə 371 638 min manat təşkil edib. Cəmi öhdəliklər illik 15% artaraq 471 664 min manat, o cümlədən müştəri hesabları 39% artaraq 280 779 min manat olub. 2019-ci il yanvarın 1-nə bankın nizamnamə kapitalı 95 000 min manat, cəmi kapitalı 79 987 min manat təşkil edib.

Bank 2018-ci ildə 1 430 min manat mənfəət əldə edib. Bu müddətdə 42 006 min manat, faiz xərcləri 25 671 min təşkil edib.

Xatırladaq ki, 2017-ci ildə isə bank 6 342 min manat zərər edib.

Son xəbərlər

Orphus sistemi