"Muğanbank" ötən ili 6 mln. manatdan çox zərərlə başa vurub

"Muğanbank" ötən ili 6 mln. manatdan çox zərərlə başa vurub Bakı. 31 yanvar. REPORT.AZ/ “Muğanbank” ASC-nin aktivləri illik müqayisədə 2% artaraq bu il yanvarın 1-nə 480,177 mln. manata çatıb. 
Maliyyə
31 Yanvar , 2018 17:16
Muğanbank ötən ili 6 mln. manatdan çox zərərlə başa vurub

Bakı. 31 yanvar. REPORT.AZ/ “Muğanbank” ASC-nin aktivləri illik müqayisədə 2% artaraq bu il yanvarın 1-nə 480,177 mln. manata çatıb. 

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il "Muğanbank"ın kredit portfeli 0,9% artaraq 349,071 mln. manat təşkil edib. 

Hesabat dövründə Bankın cəmi öhdəlikləri də 0,9% artaraq 411,16 mln. manat olub. Bunun 202,867 mln. manatını banklardan və digər maliyyə institutlarından cəlb olunmuş vəsaitlər, 201,754 mln. manatını müştəri hesabları, 2,065 mln. manatını buraxılmış borc qiymətli kağızları təşkil edib. 

Ötən ilin sonuna "Muğanbank"ın cəmi kapitalı 69,017 mln. olub.

Bank 2017-ci ildə 6 342 min manat xalis zərər edib ki, bu da 2016-cı illə müqayisədə 2,2 dəfə azdır. 2018-ci il yanvarın 1-nə bankın bölüşdürülməmiş zərəri 17,509 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi