Yuxarı
    Bağlamaq

    “Muğanbank” nizamnamə kapitalını daha 10 mln. manat artırır

    Bununla bağlı qərar bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilib

    Bakı. 30 oktyabr. REPORT.AZ/ Oktyabrın 23-də “Muğanbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

    Bu barədə “Report” banka istinadən xəbər verir.

    Məlumata görə, yığıncaqda “Muğanbank”ın nizamnamə kapitalının 10 mln. manat və yaxud 13,3% artırılaraq 85 mln. manata çatdırılmasına qərar verilib. Kapital artımı dövriyyəyə yeni səhmlərin buraxılması yolu ilə həyata keçiriləcək.

    Xatırladaq ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Onun səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi