Yuxarı

​“Muğanbank” nizamnamə kapitalını 50 mln. manata çatdırıb

Yerləşdirmədən sonra “Muğanbank”ın nizamnamə kapitalı 45 305,80 min manatdan 50 mln. manata çatıb

Bakı. 25 iyul. REPORT.AZ/ “Muğanbank” ASC-nin ümumi məbləği 4 964 200 manat təşkil edən 23 471 ədəd adi sənədsiz adlı səhmlərinin emissiyası başa çatıb. “Report”un bankın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, AZ1001005466 qeydiyyat nömrəli səhmlərin hər birinin nominal dəyəri 200 manatdır.

Yerləşdirmədən sonra “Muğanbank”ın nizamnamə kapitalı 45 305,80 min manatdan 50 mln. manata çatıb.

Xatırladaq ki, Azərbaycan ərazisində 44 filialı və 6 şöbəsi olan “Muğanbank” 1992-ci ildə fəaliyyətə başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi