"Muğanbank"ın reytinqi üzrə proqnoz azaldılıb

"Muğanbank"ın reytinqi üzrə proqnoz azaldılıb "Standard & Poor's": Yaxın 12 ayda proqnozun stabilləşməsi mümkündür
Maliyyə
18 Fevral , 2016 12:45
Muğanbankın reytinqi üzrə proqnoz azaldılıb

Bakı. 18 fevral. REPORT.AZ/ "Standard & Poor's" beynəlxalq reytinq agentliyi "Muğanbank" ASC-nin uzunmüddətli kredit reytinqini "B-", qısamüddətli kredit reytinqini "C" səviyyəsində, proqnozu isə "stabil"dən "neqativ"ə endirərək təsdiq edib. Agentlik bu qərarı "Muğanbank" ASC-nin orta sinifdə olan Rusiya, Qazaxıstan və Azərbaycanda ən dayanıqlı banklar sırasında olması ilə əsaslandırıb. "S&P" Azərbaycan bankının aqressiv olmayan böyümə strategiyası və regionlarda yaxşı təşkil olunmuş mövqeyinin  olduğunu bildirib.

Buna baxmayaraq, Agentlik 2016-cı ildə Bankın aktivlərinin keyfiyyətinin əhalinin real gəlirlərinin azalması fonunda pisləşə biləcəyini qeyd edir. Valyuta riskinin kredit riskinə çevrilməsi ehtimalının artdığını bildirən "S&P" bunu, Bankın kredit portfelinin 20%-nin xarici valyutada olması ilə əsaslandırıb. Eyni zamanda, "Muğanbank"ın bank sektorundan maliyyə resursları cəlb etmək imkanları daralıb, habelə aşağı neft qiymətləri nəticəsində dövlət müəssisələrinin depozit imkanları zəifləyib.

Agentlik, Bankın likvidlik mövqeyinin və kapital adekvatlılığının zəifləməsi və 5%-dən aşağı düşəcəyi halda yaxın 12-18 ay ərzində reytinqin azaldıla biləcəyini qeyd edib. Yaxın 12 ayda isə reytinqin artırılması mümkün görünmür və ancaq Bank dayanıqlı olduğunu göstərərsə, proqnozu yenidən "stabil"ə dəyişdirilə bilər.

Son xəbərlər

Orphus sistemi