“Muğanbank”ın öhdəlikləri 35% artıb

“Muğanbank”ın öhdəlikləri 35% artıb Bakı. 25 oktyabr. REPORT.AZ/ “Muğanbank” ASC-nin aktivləri illik müqayisədə 32% artaraq 2018-ci il oktyabrın 1-nə 560 494 min manata çatıb.
Maliyyə
25 Oktyabr , 2018 11:52
“Muğanbank”ın öhdəlikləri 35% artıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ “Muğanbank” ASC-nin aktivləri illik müqayisədə 32% artaraq 2018-ci il oktyabrın 1-nə 560 494 min manata çatıb.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə müştərilərə verilən kreditlərin həcmi 13% artaraq bu il oktyabrın 1-nə 376 319 min manat təşkil edib.

Cəmi öhdəliklər illik 35% artaraq 491 485 min manat, o cümlədən müştəri hesabları 77% artaraq 302 271 min manat olub. 2018-ci il oktybarın 1-nə bankın nizamnamə kapitalı 85 000 min manat, cəmi kapitalı 69 009 min manat təşkil edib.

Bank 2018-ci ilin yanvar-sentyabr aylarında 650 min manat mənfəət əldə edib. Xatırladaq ki, 2017-ci ilin müvafiq dövründə isə bank 4 627 min manat zərər edib.

Son xəbərlər

Orphus sistemi