Yuxarı
    Bağlamaq

    "Muğanbank"ın beynəlxalq reytinqi azaldıla bilər

    Standard & Poor's agentliyi Bankın reytinqi üzrə proqnozu neqativə salıb

    Bakı. 5 yanvar. REPORT.AZ/ "Standard & Poor's" beynəlxalq reytinq agentliyi "Muğanbank" ASC-nin kredit reytinqini "B-/C" səviyyəsində saxlayıb, reytinq üzrə proqnozu isə "stabil"dən "neqativ"ə azaldıb. Agentlik bu dəyişikliyi Azərbaycan bankının kredit portfelindəki artan risklərlə əsaslandırıb.

    "Report" xəbər verir ki, Agentliyin Moskva ofisindən verilən açıqlamada Azərbaycan iqtisadiyyatında müşahidə olunan yavaşlamanın "Muğanbank"ın aktivlərinin keyfiyyətinin pisləşməsinə və gəlirlərinin azalmasına təsir edəcəyi qeyd olunub. Azərbaycanda kredit riskləri və Bankın kapital buferinə təzyiqlərin artması ilə əməliyyat mühitinin pozulması şəraitində səhmdarların maliyyə köməyi qaçılmazdır.

    Azərbaycanda qeyri-neft iqtisadiyyatının kredit ödəmə qabiliyyətinin zəif olduğunu bildirən Agentlik, bu vəziyyətin bank sisteminin aktivlərinə neqativ təsirinin davam edəcəyini vurğulayıb. Gürcüstan və Macarıstan kimi ölkələrdəki banklarla müqayisədə Azərbaycanda son 5 ildə manatın məzənnəsinin sabit olması valyuta kreditləşməsində riskləri məhdudlaşdırıb. Lakin 2015-ci ildə manatın təxminən 2 dəfə ucuzlaşması nəticəsində bankların xarici valyutada olan borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkəcəyi bildirilir.

    Agenlik "Muğanbank"ın aktivlərinin keyfiyyətinin ümumi bank sektorunun orta səviyyəsində olduğunu bildirib. Ötən ilin oktyabrın 1-nə 90 gündən artıq problemli kreditlərin məcmu kredit portfelində payı 8% olub, bunun yaxın 12-18 ayda 12-15%-ə yüksələcəyi gözlənilir. Səbəb kimi isə subyektlərin real gəlirlərinin azalması və valyuta riskinin kredit riskinə transformasiyası göstərilir. Qeyd olunur ki, "Muğanbank"ın kredit portfelinin 20%-i xarici valyutadadır. "Standard & Poor's" bildirir ki, Bankın səhmdarları 2016-cı ilin əvvəlində dəstək kimi bankın kapitalına 5-10 mln. manat həcmində vəsait əlavə edəcəklərini açıqlayıblar, bu da Bankın kapital buferinə olan təzyiqlərin bir qədər azalmasına səbəb olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi