"Muganbank"ın aktivləri 21% azalıb

"Muganbank"ın aktivləri 21% azalıb Bakı. 18 iyul. REPORT.AZ/ “Muganbank” ASC-nin aktivləri illik müqayisədə 20,54% azalaraq 2017-ci il iyulun 1-nə 407,473 mln. manat təşkil edib. Kr...
Maliyyə
18 İyul , 2017 13:30
Muganbankın aktivləri 21% azalıb

Bakı. 18 iyul. REPORT.AZ/ “Muganbank” ASC-nin aktivləri illik müqayisədə 20,54% azalaraq 2017-ci il iyulun 1-nə 407,473 mln. manat təşkil edib. Kredit portflei illik 4,81% azalaraq 327,987 mln. manat olub. Qeyri-standart kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi 13,44% təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri isə illik müqayisədə 24,40% azalaraq iyulun 1-nə 343,949 mln. manata enib. 

Qeyd edək ki, iyulun 1-nə "Muğanbank"ın nizamnamə kapitalı 75,0 mln. manat, cəmi kapitalı 63,523 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi