"Muğanbank"ın aktivləri 33% artıb

"Muğanbank"ın aktivləri 33% artıb Kredit portfelinin 7%-i problemlidir
Maliyyə
21 Yanvar , 2016 14:42
Muğanbankın aktivləri 33% artıb

Bakı. 21 yanvar. REPORT.AZ/ "Muğanbank" ASC-nin aktivləri illik müqayisədə 32,8% artraq 2016-cı il yanvarın 1-nə 568,2 mln. manata çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə bankın kredit portfelində 28,6% artım müşahidə olunub. Belə ki, kredit portfeli 291,3 mln. manatdan 374,6 mln. manata yüksəlib. Kredit portfelinin 51,6%-i və ya 193,3 mln. manatı istehlak kreditlərinin payına düşüb. Beləliklə, istehlak kreditləşməsinin həcmində 2015-ci ildə 51,6% artım qeydə alınıb.

Cari il yanvarın 1-nə kredit portfelinin 6,6%-nin ödəniş vaxtı keçib. Vaxtı keçmiş kreditlərin həcmində illik 55,3% artım qeydə alınıb və problemli kredirlərin həcmi 15,8 mln. manatdan 24,5 mln. manata yüksəlib.

Depozit portfeli isə hesabat ilində 47,8% artaraq 162,2 mln. manatdan 239,7 mln. manata çatıb. Əhalinin əmanətlərində artım daha kəskin olub. Belə ki, hesabat dövründə əhalinin əmanətləri 84,9% artaraq 214,5 mln. manat təşkil edib.

Cari il yanvarın 1-nə "Muğanbank"ın nizamnamə kapitalı 50,0 mln. manat, məcmu kapitalı 54,9 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi