​"Muğanbank": Bank likvidlik yastığını qoruyur

​"Muğanbank": Bank likvidlik yastığını qoruyur Şaiq Ələkbərov: "Yanvarda əmanət portfelimiz artıb"
Maliyyə
30 Yanvar , 2016 10:24
​Muğanbank: Bank likvidlik yastığını qoruyur

Bakı. 30 yanvar. REPORT.AZ/ "Bankın əmanət portfelində artım müşahidə olunur. İndiyə kimi hər hansı əmanətçi və ya öhdəliklə bağlı, istər əhali, istərsə də xarici qurumlar qarşasında çətin durum yaranmayıb. Bank likvidlik yastığını qoruyur". "Report"un verdiyi xəbərə görə, bunu "Muğanbank" ASC-nin Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov bildirib.

"Hazırda Bankda dollarla vəsait cəlbi ortalama 7%-lə aparılır. Dövlətin dollar istiqrazları üzrə isə bu göstərici 3% olaraq səsləndirilir. Yəni, gəlirlilik baxımından vəsaitləri əmanətlərdə yerləşdirmək daha sərfəlidir", - deyə Ş.Ələkbərov qeyd edib.

Bank rəsmisi əlavə edib ki, 2015-ci ilin sonuna "Muğanbank"ın aktivləri 560 mln. manat, kredit portfeli 380 mln. manat, depozit portfeli isə 150 mln. manat olub: "Baxmayaraq ki, insanlarda müəyyən çaşqınlıq var, hətta bəziləri vəsaitlərini banklardan çəkir, maraqlı bir məqamı qeyd edim - yanvarda əmanət portfelimiz artıb. Yəni, götürüləndən çox vəsait yerləşdirilib".

Son xəbərlər

Orphus sistemi