“Muğan Bank” ötən ili zərərlə başa vurub

“Muğan Bank” ötən ili zərərlə başa vurub “Muğan Bank” ASC 2019-cu ili 8,308 milyon manat zərərlə başa vurub. Halbuki, Bank 2018-ci ildən 1,43 milyon manat mənfəətlə çıxmışdı.
Maliyyə
28 Yanvar , 2020 13:26
“Muğan Bank” ötən ili zərərlə başa vurub

“Muğan Bank” ASC 2019-cu ili 8,308 milyon manat zərərlə başa vurub. Halbuki, Bank 2018-ci ildən 1,43 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Muğan Bank”ın gəlirləri 58,281 milyon manat (illik müqayisədə 5,1% az), xərcləri 56,314 milyon manat 15,2% çox), xüsusi ehtiyatlara ayırmaları isə 10,275 milyon manat (69,7% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Muğan Bank”ın aktivləri 660,836 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,8% çoxdur. Bunun 357,551 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 6,3% böyüyüb.

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 22,2% artaraq 573,801 milyon manata, o cümlədən depozit portfeli 19,4% artaraq 334,722 milyon manata çatıb, balans kapitalı isə 4,6% azalaraq 87,036 milyon manata düşüb, o cümlədən nizamnamə kapitalı 7,9% artaraq 102,5 milyon manata çatıb.

Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi