“Muğan Bank” investisiya şirkəti yaratmaq istəyir

“Muğan Bank” investisiya şirkəti yaratmaq istəyir Azərbaycanın qiymətli kağızlar bazarına daha bir investisiya şirkəti daxil ola bilər.
Maliyyə
20 Sentyabr , 2019 15:53
“Muğan Bank” investisiya şirkəti yaratmaq istəyir

Azərbaycanın qiymətli kağızlar bazarına daha bir investisiya şirkəti daxil ola bilər.

“Report” xəbər verir ki, “Muğan Bank” ASC “Muğan Kapital İnvestisiya Şirkəti” ASC-ni təsis etməyi planlaşdırır.

Maliyyə Bazarlarına Nəzarət Palatası Bankın bu istəyinə müsbət yanaşsa, ölkədəki investisiya şirkətlərinin sayı 9-a çatacaq. Onu da qeyd edək ki, “Muğan Bank”la yanaşı, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də eyni planı var

Son xəbərlər

Orphus sistemi