Yuxarı

​"Muğan Bank"ın iki yeni filialı açılıb

Filialların ikisi də regionda yerləşir

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanın "Muğan Bank" ASC-nin Göyçay və İmişli şəhərlərində yeni filialları fəaliyyətə başlayıb. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

Yeni açılmış Göyçay filialı Göyçay şəhəri, R.Rza küçəsi,85A ünvanında, İmişli filialı isə İmişli şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərəcək.

Bankın filialları fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesabların açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. xidmətləri təklif edir.

Qeyd edək ki, "Muğan Bank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda Bankın ölkə ərazisində 44 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə xidmət göstərir. "Muğan Bank" ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın "WorldBusiness Capital" (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi