Müəlliflər üçün yığılan qonorarın illik 5 faizi Müəllif Hüquqları Agentliyinə ödəniləcək

Müəlliflər üçün yığılan qonorarın illik 5 faizi Müəllif Hüquqları Agentliyinə ödəniləcək Vəsait hər növbəti ilin 1 aprel tarixinədək agentliyin hesabına köçürülməlidir
Maliyyə
9 Fevral , 2018 23:54
Müəlliflər üçün yığılan qonorarın illik 5 faizi Müəllif Hüquqları Agentliyinə ödəniləcək

Bakı. 9 fevral. REPORT.AZ/ Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarın 5 (beş) faizi həcmində Müəllif Hüquqları Agentliyinə illik haqq ödəyəcəklər.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Nazirlər Kabinetinin qərarına görə, sözügedən illik haqq hər növbəti ilin aprel ayının 1-dək Müəllif Hüquqları Agentliyinin hesabına köçürülməlidir.

Son xəbərlər

Orphus sistemi