​Müavinətdən sığorta haqqının tutulub-tutulmaması məsələsinə baxılacaq

​Müavinətdən sığorta haqqının tutulub-tutulmaması məsələsinə baxılacaq Hesablama Palatası: Dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda müavinətdən sosial sığortanın tutulması ilə bağlı vahid yanaşma yoxdur
Maliyyə
13 Aprel , 2016 16:32
​Müavinətdən sığorta haqqının tutulub-tutulmaması məsələsinə baxılacaq

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətdən sığorta haqqının tutulub-tutulmaması məsələsinə baxılacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə Hesablama Palatası tərəfindən 2016-cı ildə Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə bildirilib.

Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri göstərir ki, bu səbəbdən maliyyə nəzarətinin obyektləri tərəfindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinət məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı bəzi hallarda nəzərə alınır, bəzi hallarda isə nəzərə alınmır. Göstərilənləri nəzərə alaraq dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətin məzuniyyətə çıxdığı zaman onun orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan və ya alınmayan ödənişlərə aid edilməsi məsələsinə baxılmasını məqsədəmüvafiq hesab edilir.

"Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri göstərir ki, maliyyə nəzarətinin obyektlərində dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətdən sosial sığorta haqqı tutulması ilə bağlı vahid yanaşma mövcud deyil. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il 16 iyun tarixli məktubu ilə dövlət orqanlarına müvafiq müavinətin ümumi qaydada məcburi dövlət sosial sığortasına cəlb edilməli olduğu bildirilib. Göstərilənləri nəzərə alaraq, qanunvericiliklə dövlət müavinətlərinə anlayış verilməsi məsələsinə və dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətdən sığorta haqqının tutulub-tutulmaması məsələsinə baxılmasını məqsədəmüvafiq hesab edirik", - deyə təklifdə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi