Mövlan Paşayev: "Qadınların 20%-i işə qəbul zamanı gender diskriminasiyası ilə üzləşir"

Mövlan Paşayev: "Qadınların 20%-i işə qəbul zamanı gender diskriminasiyası ilə üzləşir" "Bir çox hallarda vəzifələr üzrə gender stereotipləri mövcuddur"
Maliyyə
9 Mart , 2017 11:41
Mövlan Paşayev: Qadınların 20%-i işə qəbul zamanı gender diskriminasiyası ilə üzləşir
report.az

Bakı. 9 mart. REPORT.AZ/ "Apardığımız tədqiqatlar nəticəsində məlum olub ki, qadınların 20%-i işə qəbul zamanı gender diskriminasiyası ilə üzləşir". "Report" xəbər verir ki, bunu "PriceWaterhouseCoopers"in ölkə üzrə idarəedici partnyoru və Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Direktorlar Şurasının üzvü Mövlan Paşayev deyib.

M.Paşayevin sözlərinə görə, Azərbaycanda bir çox hallarda vəzifələr üzrə gender stereotipləri mövcuddur: "Bizdə belə bir fikir var ki, baş mühasib mütləq qadın, baş hüquqşünas isə kişi olmalıdır".

PwC rəsmisi hesab edir ki, Azərbaycan qanunvericiliyi qadınların "cəzalandırılması"nın tərəfdarıdır: "Tətildə yaxud məzuniyyətdə olan qadınların 70%-i işə qayıtmaq istəyir. Amma işə qayıdanların yalnız 20%-i ya eyni, ya da daha yüksək maaşla işə qayıdır. Digər hissəsi isə daha az maaşla yenidən işə başlayır. Bir sözlə qadınlar "cəzalandırılır". Azərbaycan qanunvericiliyi də qadınlara yüksək şərait yaratmır. Məsələn, analıq məzuniyyətinə çıxan qadınlar maksimum 2000 manat alır. Yəni bu qadının əməkhaqqı 5 min manat olsa da o, 2 min manat alır. Biz bu qanunun dəyişməsinin tərəfdarıyıq və təkliflərimizi yenə irəli sürəcəyik".

Son xəbərlər

Orphus sistemi