Moskvada bankomatdan 1 mln. rubldan çox pul oğurlanıb

Moskvada bankomatdan 1 mln. rubldan çox pul oğurlanıb Hadisə naməlum şəraitdə baş verib
Maliyyə
29 Mart , 2017 12:14
Moskvada bankomatdan 1 mln. rubldan çox pul oğurlanıb

Bakı. 29 mart. REPORT.AZ/ Moskvanın (Rusiya) cənub-qərb hissəsindəki bankomatlardan birindən naməlum şəraitdə 1 mln. rubldan (təxminən 30 min manat) çox pul oğurlanıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) paytaxt üzrə baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Nazirliyin “02” nömrəli "Qaynar xətt"ə zəng vuran Rusiyanın bank şəbəkəsinə xidmət idarəsinin rəhbəri Moskvanın Profsoyuznaya küçəsində yerləşən bankomatdan oğurluq olduğunu bildirib. Hadisə yerinə gedən polis əməkdaşları 4 kaset pulun yoxa çıxdığını müəyyən ediblər. Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi