Moskva öz kriptovalyutasını yarada bilər

Moskva öz kriptovalyutasını yarada bilər Kriptorubl Rusiyanı qabaqcıl ölkəyə çevirə bilər
Maliyyə
31 Avqust , 2017 14:48
Moskva öz kriptovalyutasını yarada bilər

Bakı. 31 avqust. REPORT.AZ/ Moskva şəhəri gələcəkdə öz kriptovalyutası - "Moscowcoin"ı buraxa bilər. 

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu açıqlamanı "Vneşekonombank"ın sədri Sergey Qorkov, "Etherium" blokçeyn platformasının qurucusu Vitaliy Buterinlə açıq danışıqları zamanı verib.

Görüş zamanı V.Buterin, öz növbəsində, bildirib ki, kriptovalyutaların digər pul növlərini əvəz etməsi mümkün görünmür: "Düşünürəm ki, 20, 30 və ya 40 il sonra bizim cüzdanımızda müxtəlif valyutalar yarana bilər".

Buterin həmçinin gələcəkdə şəhərlərin öz valyutalarını buraxa biləcəyini vurğulayıb. Qorkov misal olaraq "Moscowcoin"ın yarana biləcəyini deyib.

Qeyd edək ki, "Sberbank"ın İnvestisiya-korporativ biznes Departamentinin rəhbəri İqor Bulantsev qeyd edib ki, kriptorubl yaradılacağı təqdirdə, Rusiya dünyanın qabaqcıl ölkələrindən birinə çevrilə bilər.

Son xəbərlər

Orphus sistemi