Yuxarı

"Morgan Stanley": USD/EUR 1,17-yə düşə bilər

Bakı. 20 yanvar. REPORT.AZ/ Sabah Almaniyada Sosial-Demokrat partiyasının koalisiya hökuməti qurmaq üçün keçirəcəyi səsvermə, Şimali Amerika Azad Ticarət Assosiasiyası (NAFTA) anlaşmasına yenidən baxılması və Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumundakı açıqlamalar avronun məzənnəsini zəiflədə bilər. 

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Morgan Stanley" bankının strategiya mütəxəssisi Şina Şah (Sheena Shah) bildirib.

O qeyd edib ki, ABŞ dollarının məzənnəsi qısa müddətə möhkəmlənsə də, o hələ də ucuzlaşma trendi içərisindədir: "Sosial-Demokrat partiyası koalisiya danışıqlarına davam etmək qərarından əl çəkərsə, o zaman USD/EUR 1,17-yə düşə bilər". 

Mütəxəssisin fikrincə, avro həddindən artıq çox bahalaşdığı üçün bir qədər korreksiyaya məruz qalması normaldır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi