"Morgan Stanley": Funt və avronun məzənnəsi bərabərləşəcək

"Morgan Stanley": Funt və avronun məzənnəsi bərabərləşəcək Meksikada isə dollar 20 pesoya kimi bahalaşacaq
Maliyyə
11 Avqust , 2017 15:32
Morgan Stanley: Funt və avronun məzənnəsi bərabərləşəcək

Bakı. 11 avqust. REPORT.AZ/ Avro və funt sterlinqin ABŞ dolları ilə müqayisədə məzənnələri bərabərləşəcək. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, belə proqnozla ABŞ-ın nüfuzlu "Morgan Stanley" investisiya bankı çıxış edib. 

Bank avro ilə bağlı proqnozlarını dəyişərək 2018-ci ilin əvvəlində USD/EUR məzənnəsinin 1,25-ə yüksələcəyini və tarixində ilk dəfə funt sterlinqlə paritetə çatacağını ehtimal edir.

"Morgan Stanley" həmçinin Meksika pesosu üzrə proqnozlarını azaldıb. Bankın hazırladığı proqnozda bildirilir ki, Meksikada dolların məzənnəsi 20 pesoya yüksələcək. Pesonun zəifləməsi qarşıdan gələn seçkilərlə əlaqədar baş verəcək.

Son xəbərlər

Orphus sistemi