"Moody's": Yeni sanksiyalar Rusiyanın iqtisadi artımına risk yaradacaq

"Moody's": Yeni sanksiyalar Rusiyanın iqtisadi artımına risk yaradacaq Proqnoz: Rubl ucuzlaşacaq, inflyasiya artacaq
Maliyyə
7 Avqust , 2017 16:56
Moody's: Yeni sanksiyalar Rusiyanın iqtisadi artımına risk yaradacaq

Bakı. 7 avqust. REPORT.AZ/ ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar ölkəyə investisiya axınını məhdudlaşdıracaq. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Qeyd edək ki, avqust ayının 2-də ABŞ Prezidenti Donald Tramp Rusiya iqtisadiyyatına qarşı sanksiyaların genişləndirilməsi barədə qanun imzalayıb. Qanunda sanksiyalar altında olan bankların maliyyələşdirmə müddətinin 14 gün, neft-qaz sektoru şirkətlərinin isə 60 günə qədər azaldılması nəzərdə tutulur. Xatırladaq ki, əvvəlki sanksiyalarda bu müddətlər müvafiq olaraq 30 və 90 gün təşkil edib.

"Moody's" yeni sanksiyalarla əlaqədar Rusiyadan kapital axınının yumşaq olacağını, rublun ucuzlaşacağını və inflyasiyanın artacağını proqnozlaşdırır. Agentlik bildirir ki, yeni sanksiyalardan sonra Rusiyanın birbaşa investisiya cəlb etməsi prosesi çətinləşəcək: "Yenə də hesab edirik ki, Rusiya iqtisadiyyatı bu il artacaq. Lakin sanksiyalar iqtisadi artımın dayanıqlığı üçün risk yaradacaq".

Son xəbərlər

Orphus sistemi