Yuxarı

​"Moody’s" Ukraynanın suveren reytinqini aşağı salıb

Beynəlxalq reytinq agentliyi ölkəyə mənfi proqnoz verib

Bakı. 25 mart. REPORT.AZ/ "Moody’s" beynəlxalq reytinq agentliyi Ukraynanın suveren kredit reytinqini aşağı salıb. Agentlik proqnozunu "Caa3" səviyyəsindən "Ca"ya endirib.

Bunun səbəbini "Moody’s"də Ukrayna hökumətinin avrobondlarının böyük hissəsini restrukturizasiya planları ilə əlaqələndirirlər. Bundan başqa, agentlik hesablayıb ki, milli iqtisadiyyata sərmayə yatıran fərdi sahibkarlar itkiyə məruz qalmaq riski ilə üz-üzədirlər.

Kiyevin miqyaslı iqtisadi islhatalar aparmaq barədə planları da agentiliyin mövqeyinə təsirsiz ötüşməyib. Agentliyin fikrincə, islahatlar hətta uğurlu keçirilsə belə, ölkənin xarici borcu ilə bağlı riskləri son dərəcə yüksək olaraq qalacaq.

Ukraynanın xarici borcunun yüksək olması ilə həm də reytinq üzrə neqativ proqnoz da bağlıdır. "Moody’s" qeyd edir ki, Ukraynanın reytinqi ancaq ölkənin özündə maliyyə siyasətinin yaxşılaşması ilə yanaşı, Şərqi Avropada da geosiyasi vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması şərtlərində yüksələ bilər. Fərdi investorlar üçün risklər artacağı halda, reytinq agentliyi mümkün azalma haqda xəbərdarlıq edib.

Qeyd edək ki, son yarımildə Ukrayna Beynəlxalq Valyuta Fondu (BVF) və "G7" ölkələrindən beynəlxalq yardım qismində onlarla milyard dollar alıb. Bununla belə, ölkənin maliyyə naziri Natalya Yaresko daha artıq vəsait ayrılması üçün mütəmadi olaraq Qərbə səfər etməyə davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi