"Moody's" Türkiyənin kredit reytinqini ən aşağı həddə endirib

"Moody's" Türkiyənin kredit reytinqini ən aşağı həddə endirib TRY/USD məzənnəsi qısa müddətdə 3,15-ə yüksələ bilər
Maliyyə
24 Sentyabr , 2016 11:28
Moody's Türkiyənin kredit reytinqini ən aşağı həddə endirib

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Türkiyənin uzun müddətli kredit reytinqini "Baa3" səviyyəsindən "Ba1" spekulyativ səviyyəsinə endirilib. 

"Report" "Moody's"ə istinadən xəbər verir ki, agentlik Türkiyənin kredit reytinqi proqnozunu isə "sabit" olaraq açıqlayıb. 

Qeyd edək ki, "Ba1"c səviyyəsi maliyyə bazarlarında ən aşağı səviyyə kimi qəbul olunurr və spekulyativ elementlərlə birlikdə əhəmiyyətli dərəcədə riskli sayılır.

Agentlik reytinqin azaldılmasında iki əsas amilin rol oynadığını bildirib. Birinci amili, xarici borclanmanın artırılması zərurəti ilə bağlı risklər, ikinci amil isə iqtisadi artım və maliyyə institutlarının dayanıqlılığı göstəricilərinin getdikcə pisləşməsidir. 

Xatırladaq ki, "Moody's" Türkiyənin kredit reytinqinə 2016-cı ilin iyul ayında ölkədə baş verən çevriliş cəhdləri zamanı yenidən baxacağını bildirmişdi. O zaman agentlik baş tutmayan çevrilişin orta müddətli perspektivdə təsirini qiymətləndirməyə ehtiyac olduğunu açıqlamışdı. Türkiyənin sənaye və ticarət naziri Bülənd Tüfənkçi çevriliş cəhdinin ölkəyə 100 mlrd. ABŞ dollarından çox ziyan vurduğunu və bu rəqəmin daha da arta biləcəyini söyləyib. 

"Report"un analitik qrupu hesab edir ki, "Moody's"in bu qərarı Türkiyədə hazırda 2,95 TRY olan dolların məzənnəsinin qısa müddətdə 3,15 TRY səviyyəsinə, ilin sonuna qədər isə 3,25-3,30 TRY-ya çatmasına  səbəb ola bilər. Türkiyənin İMKB - 100 əsas fond birjası indeksinin isə cari 80 000 səviyyəsindən 70 000 səviyyəsinə qədər enməsi ehtimalı var. 

Son xəbərlər

Orphus sistemi