Yuxarı

"Moody's": ​Türkiyədəki qeyri-stabillik 4 il davam edə bilər

Ekspertlər: Geosiyasi və bazar riskləri, habelə xarici təsirlər Türkiyənin maliyyə sisteminə şok effekti göstərə bilər

Bakı. 27 avqust. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Türkiyənin reytinqini "Baa3 negativ"ə salıb. "Report" xəbər verir ki, agentlik reytinqin aşağı salınması ölkədə seçki qətiyyətsizliyi və iqtisadi dalğalanmanın intensivləşməsi ilə əlaqədardır.

"Moody's"in analitikləri hesab edirlər ki, seçkilərin vaxtının uzadılması Türkiyənin kredit reytinqi üzrə proqnozunu neqativə salır, siyasi qeyri-müəyyənlik ölkə iqtisadiyyatına xarici təsirləri gücləndirir, həmçinin investisiya mühiti və iqtisadi inkişafın zəifləməsinə səbəb olur.

Reytinq agentliyi növbəti seçkilərin də ölkədəki iqtisadi və siyasi problemlərin həll edə bilməyəcəyini ehtimal edir: "Geosiyasi risklər, xarici təsirlər, həmçinin artmaqda olan bazar riskləri Türkiyənin maliyyə qeyri-stabilliyinə şok effekti göstərə bilər. Noyabrdakı seçkilər Türkiyənin siyasi problemlərini həll etməyə bilər. Keçirilən sorğuların nəticələri fərqli olsa da, seçkilərdə heç bir partiyanın səs çoxluğu ilə parlamentdə üstünlük qazanacağı real görünmür. Çox güman ki, növbəti koalisiya danışıqları başlaya bilər. 2019-cu ildəki növbəti parlament seçkilərinə qədər ölkədə qeyri-stabillik aradan qalxmaya bilər. Hökumətin struktur islahatları, fiskal və monetar siyasəti çətinliklər yarada bilər".

"Moody's" noyabrdakı seçkilərə qədər müvəqqəti hökumətin Türkiyədə bəzi islahatların aparmasını mümkün sayır.

Agentlik Türkiyədə iqtisadi zəifləməyə iyulda PKK-nın atəşkəsi pozması və Çin bazarındakı olayların təsir etdiyini deyib. "Moody's", həmçinin Türkiyə lirəsinin ilin əvvəlində ABŞ dollarına nisbətən 24% zəiflədiyini də açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi